Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır


Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC (VÖEN – 1703068701) olub.
Mədəniyyət Nazirliyi müxtəlif güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 247 min 733 manat 92 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “7GÜL” MMC 3 iyun 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Məcid Nəsimi oğludur.
Qeyd edək ki, satın alınacaq güllərin və əklillərin sayı aşağıdakı kimi olacaq:
Qızılgül xarici (təbii) – 3 000 ədəd;
Qızılgül yerli (təbii) – 1500 ədəd;
Qərənfil (təbii) – 1500 ədəd;
Böyük gül səbəti – 80 ədəd;
Orta gül səbəti – 60 ədəd;
Kiçik gül səbəti – 60 ədəd;
Əklil böyük – 7 ədəd;
Əklil orta – 7 ədəd;
Əklil kiçik – 7 ədəd;
Buket böyük – 80 ədəd;
Buket orta – 80 ədəd;
Buket kiçik – 80 ədəd;
Büstönü səbət – 10 ədəd;
Səhnə önü bəzək – 25 metr.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top