2028-ci il Avropa çempionatının finalı bu stadionda keçiriləcək


2028-ci il futbol üzrə Avropa çempionatının final oyunu Londonda “Uembli” stadionunda keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, kubok matçı iyulun 9-da baş tutacaq. “Uembli” həm də yarımfinalın hər iki oyununa ev sahibliyi edəcək. İyunun 9-na planlaşdırılan açılış matçı isə Kardiffdəki stadionda keçiriləcək.
Turnirdə 24 komanda iştirak edəcək. Onlardan 20-si seçmə mərhələdə müəyyən ediləcək. 20-liyə 12 qrup qalibi və səkkiz ən yaxşı ikinci yer sahibi daxil olacaq.
Qalan iki yer üçün isə qalan ikincilər və Millətlər Liqasının ən yaxşı komandaları mübarizə aparacaq.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) qrup mərhələsində turnirin ev sahibləri üçün iki yer ayırıb. Bunlar sıralamada ən yüksək yeri tutan komandalara veriləcək. Çünki 2028-ci il Avropa çempionatı İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top