
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda otel və otel tipli obyektlərin əldə etdiyi ümumi gəlir 494,2 milyon manat təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu məbləğin 308,3 milyon manatı nömrələrin satışı, 132,6 milyon manatı iaşə xidmətləri, 13,9 milyon manatı müalicə-sağlamlıq xarakterli xidmətlər, 94,6 min manatı ekskursiya xidmətləri, 6 milyon manatı konfrans zallarının təqdim edilməsindən, 33,3 milyon manatı isə digər xidmətlər hesabına formalaşıb.
Ölkə üzrə əldə edilən ümumi gəlirin böyük hissəsi paytaxtın payına düşüb. Belə ki, Bakı şəhərində yerləşən otellər hesabat dövründə 299,1 milyon manat gəlir əldə ediblər.
Bu məbləğin 210,3 milyon manatı nömrələrin satışı, 68,5 milyon manatı iaşə xidmətləri, 2,9 milyon manatı müalicə-sağlamlıq xidmətləri, 10,5 min manatı ekskursiya xidmətləri, 5,9 milyon manatı konfrans zalları, 11,6 milyon manatı isə digər xidmətlərdən daxil olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bu ilin ilk 9 ayında hotellərin gəlirlərinin əsas hissəsi nömrə satışlarından və iaşə xidmətlərindən formalaşıb. Bakı şəhəri isə bu gəlirlərin təxminən 60 faizini təmin edib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz