
Fransa ordusunun Vaterlo döyüşündə məğlubiyyətindən sonra ələ keçirilən Napoleon Bonapartın brilyant broşu Cenevrədə keçirilən “Kral və Aristokrat Zinət Əşyalari” hərracında hərraca çıxarılacaq,
Yeniavaz.com xəbər verir ki, zinət əşyaları noyabrın 12-də yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00-da) “Sotheby's” hərrac evi tərəfindən satılacaq.
Hərrac evi XIX əsrin əvvəllərinə aid, köhnə mina və mazarinlə kəsilmiş, brilyantlarla əhatə olunmuş 13,04 karatlıq oval zərgərlik məmulatının 19-cu əsrin əvvəllərinə aid olduğunu bildirib.
Broşun diametri təxminən 4,5 santimetrdir və əsas daşı əhatə edən təxminən 100 brilyant var. Mütəxəssislər zinət əşyasının dəyərini 120 minlə 200 min İsveçrə frankı (150 min və 200 min ABŞ dolları) arasında qiymətləndirirlər.
“Sotheby's”ə görə, zinət əşyası təxminən 1810-cu ildə ehtimal ki, xüsusi hallarda, xüsusilə də hərbi qələbə zamanı Napoleonun ikibucaqlı şlyapasını bəzəmək üçün hazırlanıb.
Rus ordusu broşu Vaterloo döyüşündən sonra fransız sərkərdəsinin tərk edilmiş şəxsi əşyaları arasından götürüb.
Zinət əşyası daha sonra Prussiya kralı III Fridrix Vilhelmə hədiyyə olaraq təqdim edilib. Uzun müddət Qoqentsollern sülaləsinin ixtiyarında qaldıqdan sonra şəxsi kolleksiyaya keçib.
Qeyd edək ki, Vaterlo döyüşü 18 iyun 1815-ci ildə baş verib və Napoleonun ordusu ilə Avstriya, İngiltərə, Prussiya və Rusiyanın daxil olduğu beynəlxalq koalisiyanın qüvvələri arasında həlledici döyüş olub.
Fransa imperatorunun məğlubiyyəti Fransa İmperiyasının dağılmasına səbəb olub.
Tətbiqimizi yükləyə bilərsiniz