Şuşadakı otellərin gəlirləri xərclərindən 926 min manat az olub


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən otellərin məhsul və xidmət satışından əldə etdikləri ümumi gəlir 494 milyon 158 min manat olub.
Yeniavaz.com
xəbər verir ki, eyni dövrdə otellərin məhsul və xidmət istehsalına çəkdikləri xərc 400 milyon 547 min manat təşkil edib.
Onu da bildirək ki, Şuşa şəhərində fəaliyyət göstən otellərin xərcləri gəlirlərindən çox olub. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Şuşadakı otellərin ümumi gəlirləri 7 milyon 359 min manat, xərcləri isə 8 milyon 285 min manat olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, Şuşadakı otellərin gəlirləri, xərclərindən 926 min manat və ya 12,5% azdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top