
Böyük Britaniyanın Leyboristlər Partiyasında Baş nazir Keir Starmeri vəzifəsindən uzaqlaşdırmaq üçün çevriliş cəhdi var.
Yeniavaz.com xəbər verir ki, bu iddi ilə BBC telekanalı baş nazirə yaxın mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin sözlərinə görə, partiyadaxili şevrilisdə iştirak edən leyborist deputatlar Starmerin yerinə potensial namizədlər kimi səhiyyə naziri Ues Stritinqi və daxili işlər naziri Şaban Mahmudu müzakirə edirlər.
BBC mənbələri Starmerə qarşı çevriliş cəhdinin tezliklə baş verə biləcəyini iddia edirlər.
Baş nazirin əleyhdarları noyabrın 26-dan sonra kansler İcmalar Palatasına Büdcə Müraciətini səsləndirdikdən və büdcə kəsiri ilə mübarizə üçün vergi artımlarını elan etdikdən sonra daha da fəallaşa bilər.
BBC mənbələri inanırlar ki, bu intriqalar nəinki Leyboristlər Partiyasını xaosa sürükləyəcək, həmçinin, beynəlxalq bazarları qeyri-sabitləşdirəcək və Starmerin ABŞ Prezidenti Donald Trampla qurduğu yaxşı münasibətləri təhdid edəcək .
Qeyd edək ki, noyabrın 8-də “Daily Mail” qəzeti Starmerin etimadı itirdiyinə görə 2026-cı ilin yayından əvvəl istefa verəcəyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz