Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? – Siyahı


Bu ilin ilk 9 ayı ərzində Naftalana ümumilikdə 37 min 36 əcnəbi səfər edib və onlar şəhərdə ümumilikdə 82 min 195 gecə keçiriblər.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər 9 ay ərzində Naftalanda 4 milyon 567 min manat xərcləyiblər.
Naftalana səfər edən əcnəbilərin böyük hissəsini Qazaxıstan və Özbəkistan vətəndaşları təşkil edib. Bu ilin ilk 9 ayında Qazaxıstandan 6 min 832 nəfər turist gəlib və Naftalanda 905,2 min manat xərcləyiblər. Özbəkistandan isə 17 min 701 nəfər gəlib və 1 milyon 792,8 min manat xərcləyib.
Bunlardan başqa, Rusiyadan gələn 7 min 405 nəfər şəhərdə 1 milyon 50,5 min manat xərcləyib.
Bu üç ölkə birlikdə Naftalana gələn ümumi əcnəbilərin 85 faizdən çoxunu təşkil edib.
Adambaşına xərclənən məbləğə görə ilk sıralarda Fransa, Estoniya, Küveyt və Türkmənistan vətəndaşları yer alır. Fransadan gələn 2 nəfərin hər biri orta hesabla 450 manat xərcləyib. Estoniyadan gələn 47 nəfər adambaşına orta hesabla 304 manat, Küveytdən gələnlər isə 273 manat xərcləyib.
Naftalan şəhərinə səfər edən əcnəbilərin ölkələr üzrə sayı və adambaşına xərclədikləri vəsait aşağıdakı kimi olub:
Fransa – 2 nəfər (450 manat)
Estoniya – 47 nəfər (304 manat)
Küveyt – 26 nəfər (273 manat)
Türkmənistan – 69 nəfər (228 manat)
Səudiyyə Ərəbistanı – 29 nəfər (221 manat)
Çin – 32 nəfər (219 manat)
Latviya – 61 nəfər (216 manat)
İtaliya – 8 nəfər (213 manat)
Belarus – 155 nəfər (199 manat)
Kanada – 6 nəfər (183 manat)
Moldova – 78 nəfər (159 manat)
Qırğızıstan – 525 nəfər (143 manat)
Rusiya – 7 405 nəfər (142 manat)
Tacikistan – 367 nəfər (142 manat)
Almaniya – 122 nəfər (139 manat)
Ukrayna – 199 nəfər (134 manat)
Qazaxıstan – 6 832 nəfər (133 manat)
İsrail – 552 nəfər (127 manat)
ABŞ – 172 nəfər (124 manat)
Çexiya – 21 nəfər (119 manat)
Türkiyə – 110 nəfər (118 manat)
Polşa – 24 nəfər (117 manat)
Litva – 94 nəfər (103 manat)
Özbəkistan – 17 701 nəfər (101 manat)
Hindistan – 1 nəfər (100 manat)
İspaniya – 16 nəfər (100 manat)
İsveç – 4 nəfər (100 manat)
Koreya – 1 nəfər (100 manat)
Norveç – 1 nəfər (100 manat)
Niderland – 24 nəfər (96 manat)
Birləşmiş Ərəb Əmirlikləri – 100 nəfər (92 manat)
Rumıniya – 7 nəfər (86 manat)
Gürcüstan – 33 nəfər (85 manat)
Bolqarıstan – 6 nəfər (83 manat)
Böyük Britaniya – 72 nəfər (68 manat)
İran – 2 nəfər (50 manat)
Bəhreyn – 7 nəfər (43 manat)

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top