
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı məsələ barədə AK Partiyanın Konqres Mərkəzində keçirilən “Şəhərsalma Zirvəsi”ndə çıxışı zamanı danışıb.
“Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Hazırda aidiyyəti qurumlar hadisə yerinə çatmaq və dağıntılar arasında axtarış işlərini aparmaq üçün fəaliyyət göstərirlər. Ümid edirik ki, bu qəzadan ən az itki ilə çıxacağıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarla birlikdədir”, – Ərdoğan bildirib.
Qeyd edək ki, hadisə Gürcüstan ərazisində, Azərbaycan sərhədi yaxınlığında baş verib. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələ ki, dəqiqləşdirilməyib. Türkiyə və Gürcüstan rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz