
Pəhrizinizə gündə bir alma daxil etmək bədəninizdə bir sıra müsbət dəyişikliklərə səbəb olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə dietoloq Valeria Qulart “Metropoles”a müsahibəsində danışıb.
Qulartın sözlərinə görə, gündə bir alma yeyən insanlarda diabet və ürək xəstəliklərinə tutulma riski azalır, çünki tərkibindəki lif xolesterol səviyyəsinin normallaşmasına kömək edir:
“Almalar mədə ağrısını aradan qaldıra və qastritlə mübarizə aparmağa kömək edə bilər, çünki onlar gel kimi təsir göstərir. Bu meyvə neyrotransmitter asetilxolinin istehsalını artırır və buna görə də Alsheymer xəstəliyi riskini azaldır”.
Bundan əlavə həkim əlavə edib ki, almalar bir neçə növ həzm xərçəngi riskini azaldır, qocalmanı yavaşlatır və ağız sağlamlığını yaxşılaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz