Azərbaycanda işçilərin cəmi 5,5%-i 2500 manatdan yüksək əməkhaqqı alır


Bu ilin ilk yarısının yekununa olan məlumata görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770 min 849 nəfər olub.
Yeniavaz.com
xəbər verir ki, ölkə üzrə muzdlu işçilərin orta aylıq əməkhaqqı 1097 manat təşkil edib.
Qeyd edək ki, muzdlu işçilərin 94,5%-nin və ya 1,67 milyon nəfərinin əməkhaqqı 2 500 manatdan az, 5,5%-nin və ya 97,6 min nəfərin əməkhaqqı isə 2 500 manatdan yuxarı olub.
Ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi (4 554 manat), xam neft və təbii qaz hasilatı (3 853 manat), mərkəzi ofislərin və idarəetmə sahəsinin fəaliyyəti (3 451 manat), maliyyə və sığorta sektoru (3 092–3 059 manat) kimi sahələrdə qeydə alınıb.
Ən aşağı maaş səviyyəsi isə geyim istehsalı (448 manat), məşğulluq xidməti (469 manat), çirkli suların yığılması və emalı (499 manat) kimi sahələrdə olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top