Messiyə Mayaminin açarını verdilər


Mayami şəhərinin meri Frensis Suares “İnter Mayami”nin hücumçusu Lionel Messiyə şəhərin açarını təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Məlumata görə, açar şəhərin inkişafına mühüm töhfələrə görə verilir.
Qeyd edək ki, argentinalı hücumçu 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində Messi bütün yarışlarda 84 oyun keçirib, 74 qol vurub və 37 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin sonuna qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top