
“Azərbaycan və Ermənistan arasında sülh sazişi son dərəcə böyük əhəmiyyət kəsb edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “TRT World” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, son 35 ildə Gürcüstan regionda sülhün bərqərar olmasında çox mühüm rol oynayıb.
“Gürcüstan həm Ermənistan, həm də Azərbaycan üçün mühüm rol oynamaqda davam edir”, – Kobaxidze əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz