
Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Paşa Sığorta” ASC olub.
Yeniavaz.com xəbər verir ki, “Paşa Sığorta” ASC Mərkəzi Bankın əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Mərkəzi Bank ümumilikdə 976 əməkdaşın, həmçinin bu əməkdaşların 673 nəfər ailə üzvünün tibbi sığorta xidməti üçün “Paşa Sığorta”ya 870 min 938 manat ödəyəcək.
Qeyud edək ki, 957 əməkdaş üçün standart paket (minimum 5 000 manat), 19 əməkdaş üçün isə VIP paket (minimum 10 000 manat) nəzərdə tutulur. Bundan başqa, əməkdaşların ailə üzvləri üçün nəzərdə tutulan paketin 654-si standart, 19-u isə VİP paket olacaq.
Məlumat üçün bildirək ki, Mərkəzi Bank əməkdaşlarının tibbi sığortası zamanı 19 nəfərlik VİP paketlərin kimlər üçün nəzərdə tutulduğunu açıqlamayıb. Lakin, xatırladaq ki, hazırda Mərkəzi Bankın rəhbərliyində 21 nəfər şəxs təmsil olunur. Bunlara Mərkəzi Bankın sədri və onun 5 müavini ilə 6 müşaviri, həmçinin 9 baş direktor daxildir.
Onu da xatırladaq ki, ötən il Mərkəzi Bankın ümumilkdə 901 əməkdaşının (16 VİP), həmçinin bu əməkdaşların 648 nəfər (16 VİP) ailə üzvünün tibbi sığorta xidməti üçün “Paşa Sığorta”ya 818 min 96 manat ödənilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz