Yeddiqat “Super Bowl” qalibi itini klonlaşdırdı


Əfsanəvi NFL oyunçusu Tom Bredi iki il əvvəl ölən itini klonlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, NFL-in Amerika futbol tarixinin ən çox mükafat alan oyunçusu bu barədə məlumat yayıb.
"Mən heyvanlarımı sevirəm. Onlar mənim və ailəm üçün çox şey deməkdir. Bir neçə il əvvəl mən “Colossal” ilə əməkdaşlıq etdim və ailəmizin yaşlı itindən qan almaq üçün onların qeyri-invaziv klonlama texnologiyasından istifadə etdim. Cəmi bir neçə ay ərzində “Colossal” sevimli itimizi klonlaşdırmaqla ailəmə ikinci şans verdi”, - Bredi deyib.
Qeyd edək ki, 2023-cü ilin dekabrında idmançı sosial şəbəkədə iti Luanı itirdiyini elan edib.
48 yaşlı Bredi yeddiqat “Super Bowl” çempionudur. 2023-cü ilin fevralında o, NFL-dən təqaüdə çıxdığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top