“ABŞ Qəzzada çoxmillətli qüvvələrin yerləşdirilməsini təklif edəcək” − CNN


“ABŞ Prezidenti Donald Trampın administrasiyası Vaşinqtonun vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasına əməl olunmasını təmin etmək üçün Qəzza zolağına çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi üzərində işləyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, müvəqqəti təhlükəsizlik qüvvələrinin yaradılması ilə bağlı təfərrüatlar müzakirə olunur. Onun missiyasına Qəzza zolağının demilitarizasiyası və yeni Fələstin polis qüvvələrinin təlimi daxildir. Mənbə əlavə edib ki, ABŞ əsgərləri Qəzza zolağının daxilində bu təhlükəsizlik qüvvələrinin bir hissəsi olmayacaq, lakin anklavdan kənarda koordinasiya funksiyası yerinə yetirəcəklər. Qətnamənin ilkin versiyaları artıq BMT Təhlükəsizlik Şurasının digər üzvlərinə də göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top