
Ötən il Azərbaycanda tikilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 895,5 min kv. metr olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların ümumi məbləği isə 2 milyard 799 milyon 825,8 min manat təşkil edib.
Açıqlanan məlumatlardan belə görünür ki, ötən il Azərbaycanda yaşayış evlərinin bir kv. metrinin tikintisinə 967 manat sərf olunub.
Qeyd edək ki, bu, son illərdə qeydə alınan ən yüksək göstərici olub. Əvvəlki illə müqayisədə isə ötən il yaşayış evlərinin bir kv. metrinin tikintisinə sərf olunan vəsait 82% və ya 437 manat artıb.
Açıqlanan rəsmi məlumatdan belə görünür ki, 2019-cu ildə yaşayış evlərinin bir kv. metrinin tikintisinə sərf olunan vəsait kəskin şəkildə aşağı düşüb. Belə ki, 2018-ci ildə yaşayış evlərinin bir kv. metrinin tikintisinə 622 manat sərf olunduğu halda, 2019-cu ildə bu göstərici 140 manata enib.
Cədvəldə son 10 ildə Azərbaycanda tikilən yaşayış evlərinin ümumi sahəsi, sərf olunan ümumi vəsait və yaşayış evlərinin bir kv. metrinin tikintisinə sərf olunan vəsait göstərilib:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz