
“Balancer” kriptovalyuta protokolu kütləvi haker hücumunun qurbanı olub və nəticədə 120 milyon dollardan çox dəyəri olan kriptovalyuta oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Infosecurity Magazine” portalı məlumat yayıb.
Məlumata görə, insident bir neçə ildir fəaliyyət göstərən “Balancer V2 Composable Stabil Pools” platformasına təsir edib.
“GoPlus Security” ekspertlərinin fikrincə, hakerlər protokolun yaddaşında yuvarlaqlaşdırma hesablamaları ilə bağlı boşluqdan istifadə ediblər.
Nəticədə, onlar “Balancer De-Fi” protokolunu sındırmağa müvəffəq olublar.
“Balancer” komandası “hücum”un “Balancer V3” də daxil olmaqla, digər platformalara təsir etmədiyini bildirib.
Eyni zamanda, özünü layihənin təhlükəsizlik xidməti kimi təqdim edən və hakerlər tərəfindən oğurlanan vəsaitləri mükafat müqabilində geri qaytarmağı təklif edən fişinq kampaniyası aşkar edilib.
Tətbiqimizi yükləyə bilərsiniz