
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6 min 143,9 ton tütün yarpağı yığılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% çoxdur.
Qeyd edək ki, tütün istehsalında əsas pay Şəki-Zaqatala iqtisadi rayonuna məxsusdur. Belə ki, bu bölgədə 2 min 913 hektar sahədə 6 min 75,8 ton məhsul yığılıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 4 min 52,7 ton olub. Artım əsasən Şəki və Zaqatala rayonlarında qeydə alınıb. Şəkidə 1 805,5 hektar sahədən 4 min 563,4 ton, Zaqatalada isə 403 hektar sahədən 613,8 ton tütün yarpağı toplanıb.
Qax rayonunda da artım müşahidə olunub. Bu rayonda 2024-cü ilin ilk 9 ayında 536 ton tütün yarpağı yığıldığı halda, bu ilin ilk 9 ayında 603,6 ton tütün yarpağı toplanıb. Balakən və Oğuz rayonlarında da artım qeydə alınıb. Goranboy rayonunda isə tütün yığımı 17 tondan 37 tona yüksəlib. Kəngərli rayonunda 2025-ci ilin ilk 9 ayında 22,6 ton tütün yarpağı yığılıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox azalma deməkdir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz