
Ötən il Azərbaycanda 977,1 milyon kubmetr təbii qaz itkiyə gedib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumata istinadən apardığı hesablama göstərir ki, əvvəlki illə müqayisədə itkiyə gedən təbii qazın həcmi 2,7 dəfə artıb.
Belə ki, 2023-cü ildə 365,3 milyon kubmetr təbii qaz itkiyə gedib.
Qeyd edək ki, ötən il Azərbaycanda 6 milyard 558,7 milyon kubmetr təbii qaz istehlak edilib. Nəticədə ötən il itkiyə gedən təbii qaz istehlak olunan təbii qazın 14,9%-i həcmində olub. Bir il əvvəl isə bu göstərici 5,2% olub.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanın ixrac etdiyi təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 326 dollar və ya 554 manat olub.
Onu da bildirək ki, ixrac olunan təbii qazın orta gömrük dəyəri ilə hesabladığımız zaman ötən il ərzində itkiyə gedən qazın ümumi dəyəri 541 milyon manata bərabər olur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz