
Bu ilin avqustunda Rusiyanın 12 regionunda orta aylıq əməkhaqqı 100 min rubldan (1 030 dollar) çox olub.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən il bu göstərici yalnız 10 regionda qeydə alınıb.
Bildirilir ki, avqust ayında ölkə üzrə orta aylıq əməkhaqqı 92,9 min rubl (958 dollar) təşkil edib. Bir il əvvəl bu rəqəm 82,2 min rubl (847 dollar) olub.
Ən yüksək maaşlar ənənəvi olaraq Çukotkada – 193 min rubl (1 990 dollar), Yamalo-Nenets Muxtar Dairəsində – 173 min rubl (1 785 dollar) və Moskvada – 161 min rubl (1 660 dollar) qeydə alınıb. Bu regionlar ötən il də siyahıya başçılıq ediblər.
Digər yüksək maaşlı bölgələr arasında Maqadan vilayəti (152,5 min rubl – 1 573 dollar), Kamçatka (142,8 min rubl – 1 472 dollar), Saxalin (136,7 min rubl – 1 410 dollar), Xantı-Mansi (120 min rubl – 1 237 dollar), Sankt-Peterburq (109 900 rubl – 1 133 dollar) və Murmansk (109 100 rubl – 1 125 dollar) yer alıb.
Ən aşağı orta maaşlar isə Dağıstanda – 45,4 min rubl (468 dollar), Çeçenistanda – 43,1 min rubl (444 dollar) və İnquşetiyada – 39,6 min rubl (təxminən 408 dollar) qeydə alınıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz