
Amerikalı sahibkar, “SpaceX” və “Tesla”nın qurucusu İlon Mask “Tesla”nın bu ilin sonuna qədər yeni “Roadster” elektrikli idman avtomobili buraxmağı planlaşdırdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, iş adamı bu barədə Co Roqanın podkastında məlumat verib.
Onun sözlərinə görə, avtomobil “ağlasığmaz texnologiya" ilə təchiz ediləcək, həmçinin, uçuş qabiliyyətinə də malik olacaq.
Mask yeni avtomobili bütün Ceyms Bond avtomobillərindən daha heyrətamiz adlandırıb, lakin uçuş texnologiyası ilə bağlı əlavə suallara cavab verməyib.
Tətbiqimizi yükləyə bilərsiniz