Azərbaycanlılar birgünlük xarici səfərləri hansı məqsədlə ediblər?


Bu ilin 3-cü rübü ərzində turizm məqsədilə xarici ölkələrə gedən birgünlük ziyarətçilərin ümumi sayı 8 min 731 nəfər olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ziyarətçilər əsasən Gürcüstan, İran, Rusiya və Türkiyəyə səfər ediblər.
Qeyd edək ki, birgünlük ziyarətçilərin 6 072 nəfəri işgüzar məqsədlə, 2 073 nəfəri qohum və dostlarını ziyarət etmək məqsədilə, 303 nəfəri istirahət və əyləncə məqsədilə, 156 nəfəri isə mağazalara baş çəkmək məqsədilə xaricə səfər edib. Digər turizm məqsədləri ilə 127 nəfər səfər edib.
Qeyd edək ki, birgünlük ziyarətçilər ən çox Türkiyəyə səfər ediblər. Belə ki, bir gün üçün Türkiyəyə gedən azərbaycanlıların sayı 5 905 nəfər olub. Bundan başqa, Gürcüstana 1 315 nəfər, Rusiyaya 437 nəfər, İrana isə 137 nəfər səfər edib.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top