
İran Prezidenti Məsud Pezeşkian maaşının bir hissəsini ölkədə yeni məktəblərin tikintisinə bağışlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Məktəblərin Təmiri, İnkişafı və Təchizat Təşkilatının rəhbəri Həmid Rza Xanməhəmmədi SNN-ə məlumat verib.
Bildirilib ki, bundan öncə dövlət başçısı maaşının bir hissəsini ölkədə yeni məktəblərin tikintisinə bağışlayacağını vəd edib:
“Prezident vədi cümə axşamı saat 11:30-da verib və şənbə günü saat 10:00-da onun maaşı məktubla birlikdə ümumi xeyriyyə hesabına köçürülüb”.
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz