
Yunanıstanın Saloniki şəhərində məşhur repçi Leksin konsertindən sonra baş verən qarşıdurmalar nəticəsində polis 18 nəfəri saxlayıb.
Yeniavaz.com xəbər verir ki, Bu barədə “Kathimerini” nəşri məlumat yayıb.
Hadisələr gecə yarısı, konsertin bitməsindən az sonra baş verib. Məlumata görə, bir qrup şəxs Yunanıstanın şimalında, Türkiyə konsulluğunun qarşısında dayanan polis əməkdaşlarına hücum edib. Hücum nəticəsində iğtişaşlar yaranıb və vəziyyəti nəzarət altına almaq üçün polis qüvvələri əraziyə cəlb olunub.
Rəsmi qurumların açıqlamasına əsasən, saxlanılan şəxslərdən biri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur. Qarşıdurmalar zamanı altı avtomobilə ziyan dəyib, onlardan ikisi tamamilə yanıb. Bundan əlavə, bir zibil qutusu da yandırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz