“Qarabağ”ın oyununu idarə edəcək hakim 5 ay Rusiya əsirliyində olub – Maraqlı faktlar


UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ”-“Çelsi” oyununun hakimi Dmitro Kubryak haqqında maraqlı faktlar ortaya çıxıb.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, 36 yaşlı Kubryak Rusiya-Ukrayna müharibəsinin iştirakçısı olub.
2022-ci ilin martında müharibənin başlamasından sonra, o, hərbi həkim kimi könüllü olaraq müharibəyə gedib.
O, xidmətə mühasirədə olan Mariupol şəhərində başlayıb. Kubrayk neyrocərrah kimi burada yaralıları əməliyyat edib. Ancaq iki həftə sonra, aprelin 12-də ruslara əsir düşüb.
Kubryak Rusiyada Olenivka koloniyasında saxlanılıb. Əsirlikdə olduğiu müddət ərzində ağır psixoloji və fiziki təzyiqlərə baxmayaraq, o, digər məhbuslara tibbi yardım göstərib.
Beş ay sonra, 22 sentyabr 2022-ci ildə isə Kubryak hərbi əsirlərin mübadiləsi çərçivəsində 200 ukraynalı əsirlə birlikdə Ukraynaya qaytarılıb.
Əsrlikdən qayıtdıqdan sonra Kubryak hakimlik karyerasını davam etdirmək qərarına gəlib və yenidən futbol hakimi kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, Dmitro Kubryak noyabrın 5-də UEFA Gənclər Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”-“Çelsi” matçın idarə edəcək. Ona yan xətt hakimləri kimi Vitali Skoblya və Aleksandr Korniyko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.
Oyun “Azərsun Arena”da keçiriləcək və saat 15:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top