Olimpiya və Paralimpiya oyunlarına neçə bilet satılıb?


2026-cı il Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları müxtəlif tədbirlərə 850 mindən çox bilet satıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin baş direktoru Andrea Varqnye məlumat verib.
Bildirilib ki, Olimpiadanın başlamasına 100 gün qalıb:
“Biz 850 mindən çox bilet satdıq və bir çox tədbirlər artıq mövcud deyil. Bu rəqəm indiki mərhələdə bizim proqnozlarımızdan yüksəkdir. Biz bilet satışının son mərhələsinə qədəm qoyuruq və bilirik ki, Olimpiya Oyunları öncəsi qış, xüsusilə də son 100 gün bizim hədəflərimizə çatmaq üçün həlledici əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Olimpiada fevralın 6-dan 22-dək, Paralimpiya oyunları isə martın 6-dan 15-dək keçiriləcək. Yarışlara Milan və Kortina d'Ampezzo ev sahibliyi edəcək. 

DİGƏR XƏBƏRLƏR

Top