Tramp Azərbaycan-Ermənistan münaqişəsindən danışdı: “38 il davam etdi, milyonlarla insan öldü”


ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyada keçirilən sammitində Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə barədə danışıb.
Yeniavaz.com
xəbər verir ki, Tramp Ağ Evdə sülh sazişinin paraflanmasından sonra Rusiya Prezidenti Vladimir Putinin ona zəng etdiyini bildirib.
“O münaqişə, məncə, 38 il davam etmişdi, elə deyilmi?
Prezident Putin mənə zəng etdi və dedi: “Bu inanılmazdır. İnanılmazdır. Biz bu müharibəni dayandıra bilmirdik”. 38 il davam etdi, milyonlarla insan öldü. Biz isə bunu həll etdik — iki ölkənin liderləri gəldi, onlar Ağ Evdə idilər, buradan başladılar və tədricən bir-birinə yaxınlaşdılar, daha yaxın, daha yaxın… Bir saat sonra isə bir-birini qucaqlayırdılar, sülh içində.
Bu həqiqətən də heyranedici idi. İki çox yaxşı ölkəni, iki çox yaxşı lideri görmək çox gözəl idi — biri 22 ildir vəzifədədir, digəri 7 il. Onların hər ikisi dedi: “Siyasi həyatım boyunca etdiyim yeganə şey qarşı tərəfə atəş açmaq idi”. Amma biz bunu bağladıq, məsələni yekunlaşdırdıq”, - deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, bu il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar.

DİGƏR XƏBƏRLƏR

Top