Nvidia tarix yazdı – 5 trilyon dollar dəyərə çatan ilk şirkət


Amerikanın texnologiya nəhəngi Nvidia bazar kapitallaşması 5 trilyon dollar həddini keçən ilk şirkət kimi tarixə düşüb.
Yeniavaz.com
xəbər verir ki, Nasdaq birjasındakı ticarət məlumatlarına görə, səhm qiymətlərinin 3,81% artaraq 208,68 dollara yüksəlməsi şirkətin dəyərini 5,05 trilyon dollara çatdırıb.
İnvestorların marağında son sıçrayış Nvidia-nın baş direktoru Jensen Huangın açıqlaması fonunda baş verib. O, ABŞ Energetika Departamenti üçün yeddi yeni superkompüter hazırlanacağını və şirkətin 500 milyard dollarlıq sifariş portfelinə sahib olduğunu bildirib.
Qeyd edək ki, Nvidia 2025-ci ilin iyulunda 4 trilyon dollarlıq həddi aşmışdı. Ardınca digər texnologiya nəhəngləri Microsoft və Apple də oxşar göstəriciyə nail oldular. Bununla belə, bazar dəyərinə görə yeni dünya lideri mövqeyinə yüksələn Nvidia süni intellekt yarışında öz üstünlüyünü daha da möhkəmləndirir.

DİGƏR XƏBƏRLƏR

Top