Miqrasiya Xidməti binanın fasad örtüyünü 2,5 milyona yeniləyəcək


Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Crystal İnşaat” ASC (VÖEN – 1603491051) olub.
Yeniavaz.com
xəbər verir ki, “Crystal İnşaat” ASC Miqrasiya Xidmətinin Mərkəzi Aparatının inzibati binasında fasad örtüyünün yenilənməsi işlərini həyata keçirəcək və qarşılığında 2 milyon 485 min manat alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 4 min manat olan “Crystal İnşaat” ASC-nin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 11B/2 ünvanında yerləşir. ASC-nin qanuni təmsilçisi Məmmədov Elgün Qafil oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top