Vinisius “Real Madrid”i tərk etmək istəyir


“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior baş məşqçi Xabi Alonsoya klubdan ayrılmaq istədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DAZN məlumat yayıb. 
Bildirilib ki, hadisə La Liqanın 10-cu turunda “Barselona” ilə matçda Alonsonun onu əvəz etməsindən sonra baş verib. 
Bazar günü “Real Madrid” evdə “Barselona”ya 2:1 hesabı ilə qalib gəlib, Vinisius 72-ci dəqiqədə əvəzlənib. Oyunçu bu qərara emosional reaksiya verib və Alonsoya “Niyə həmişə mən? Klubdan gedirəm, gedirəm” deyib.
Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən “Real Madrid”də çıxış edir, komanda ilə üç dəfə La Liqa və iki Çempionlar Liqası titulunu qazanıb. 

DİGƏR XƏBƏRLƏR

Top