
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan yük maşınlarının Marqara-Yeqnadzor-Sisian-Gorus yolu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazır olduqlarını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu yol açılarsa, Türkiyədən Azərbaycana yük avtomobilləri iki əsas yol ilə hərəkət edə bilər.
Qeyd edək ki, hazırda yüklər əsasən Gürcüstan vasitəsilə Azərbaycana çatdırılır. İstanbul-Tbilisi-Bakı marşrutunun uzunluğu təxminən 1 750 kilometrdir. Yük maşını bu məsafəni adətən 27-30 saata qət edir. Bu zaman maşın təxminən 350 dollarlıq yanacaq sərf edir.
Əgər Ermənistan ərazisindən keçən yol aktiv olarsa, məsafə təxminən 1 350 kilometr olacaq. Bu marşrutla yük maşını Bakıya təxminən 20-22 saata çata bilər. Yəni, 7-8 saat daha tez. Yanacaq xərci isə təxminən 270 dollar civarında olacaq.
Digər xərclər baxımından da Ermənistan marşrutu bir qədər ucuz başa gələ bilər. Çünki məsafə qısa olduğundan amortizasiya, sürücünün əməkhaqqı və texniki xidmətlərə çəkilən xərclər də azalır.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz