
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Çinə səfər etməyi planlaşdırdığını açıqlayıb.
Yeniavaz.com Ağ Evə istinadla xəbər verir ki, bu barədə Amerika lideri Yaponiyaya səfər edərkən təyyarədə jurnalistlərə bildirib.
O, həmçinin Çin Prezidenti Si Cinpinin ABŞ-yə cavab səfəri edəcəyinə və onunla Vaşinqtonda və ya Floridada görüşəcəyinə ümid etdiyini bildirib.
“Əslində 2026-cı ildə Çinə gedəcəyimlə bağlı razılaşma var. Prezident Si Cinpin bundan sonra Vaşinqtona, Palm-Biçə, Floridaya və ya başqa yerə gələ bilər”, - Tramp qeyd edib.
Tramp həmçinin, Çin lideri ilə çox yaxşı münasibətdə olduğunu əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz