Sığorta yığımlarının 70%-i bir şirkətin payına düşüb – Tam siyahı


Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 157,2 milyon manat məbləğində sığorta haqqı yığılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yığılan sığorta haqqının ən böyük hissəsi “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin payına düşüb.
Bu iki şirkət birlikdə təxminən 803,8 milyon manat sığorta haqqı toplayıb ki, bu da bazarın 69,5%-dən çoxuna bərabərdir.
Sığorta bazarında növbəti ən böyük pay sahibi “Atəşgah” şirkəti olub. Bu şirkət 9 ay ərzində 129,8 milyon manat sığorta haqqı toplayıb.
Bu ilin yanvar-sentyabr aylarında sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları belə olub:
“PAŞA Həyat” – 530,8 milyon manat;
“PAŞA Sığorta” – 272,9 milyon manat;
“Atəşgah Həyat” – 81,1 milyon manat;
“Qala Sığorta” – 63,9 milyon manat;
“Atəşgah” – 48,7 milyon manat;
“Meqa Sığorta” – 25,7 milyon manat;
“Azərbaycan Sənaye Sığorta” – 24,8 milyon manat;
“Qala Həyat” – 22,7 milyon manat;
“Xalq Sığorta” – 20,5 milyon manat;
“Aqrar Sığorta” – 15,7 milyon manat;
“Meqa Həyat Sığorta” – 12,3 milyon manat;
“A-Qroup Sığorta” – 11,2 milyon manat;
“Xalq Həyat” – 8,4 milyon manat;
“AtaSığorta” – 7,5 milyon manat;
“AzSığorta” – 6,3 milyon manat;
“İpək Yolu Sığorta” – 4,5 milyon manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top