Gələn il siqaretlərin qiyməti bahalaşacaq?


Gələn il Azərbaycanda istehsal olunacaq tütün məmulatları və onların əvəzedicilərinə tətbiq edilən aksiz vergilərindən dövlət büdcəsinə 677 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində yer alıb.
Qeyd edək ki, bu vəsait bu il üçün nəzərdə tutulandan 19,5 % çox olacaq. Belə ki, bu il tütün məmulatları və onların əvəzedicilərinə tətbiq edilən aksiz vergilərindən dövlət büdcəsinə 566,5 milyon manat vəsaitin daxil olacağı gözlənilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top