İran Milli Süni İntellekt Təşkilatı yaradır


İran parlamenti ölkənin süni intellekt ekosistemini təşkil etmək və inkişaf etdirmək məqsədi daşıyan milli süni intellekt təşkilatının yaradılmasını təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, təşkilat həmçinin süni intellekt sahəsində milli strategiyaların həyata keçirilməsində aidiyyəti dövlət qurumları arasında koordinasiyanı təmin edəcək.
Təsdiq edilmiş düzəlişə əsasən, Milli Süni İntellekt Təşkilatının rəhbərini prezident təyin edəcək.
Təşkilat həmçinin qanunun qüvvəyə mindiyi gündən üç ay ərzində nizamnamə layihəsini hazırlamalıdır. Bundan sonra nizamnamə təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top