
Bu ilin yanvar-avqust aylarında Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr üzrə elektrik enerjisi istehsalı ümumilikdə 956,6 milyard kilovat-saat (kVt/s) təşkil edib.
Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azalıb.
Ən çox elektrik enerjisi istehsal edən ölkə Rusiyadır. Rusiyada bu ilin ilk 8 ayında 782,3 mlrd kVt/s elektrik enerjisi istehsal edilib və bu, MDB ölkələri üzrə ümumi istehsalın 80%-dən çoxunu təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyada elektrik enerjisi istehsalında 1,9% azalma qeydə alınıb.
Azərbaycanda elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 8 ayında 1,5% artaraq 18,3 milyard kVt/s təşkil edib. Bu, adambaşına təxminən 1794 kVt/s elektrik enerjisi deməkdir.
MDB ölkələrində elektrik enerjisi istehsalı belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz