Ukrayna dronları Moskvada partladı


Gecə yarısından sonra Rusiyanın paytaxtı Moskvada partlayış səsləri eşidilib.
Yeniavaz.com
xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, hava hücumundan müdafiə sistemi Ukrayna pilotsuz təyyarələrini dəf edib.
“Hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan ümumilikdə 30-dan çox pilotsuz təyyarəni vurub və ya dəf edib. Təcili yardım xidmətlərinin mütəxəssisləri dağıntıların uçduğu yerdə işləyirlər”, - Sobyanin bildirib.
Qeyd olunur ki, Domodedovo və Jukovski hava limanları müvəqqəti bağlanıb.
Həmçinin Moskva vilayətinin Serpuxov şəhərində neft bazasında yanğın baş verdiyi bildirilir. Şəhər rəhbərliyi hələlik yanğının səbəbini müəyyən etməyib.

DİGƏR XƏBƏRLƏR

Top