
Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ” klubu doğma meydanda “Şamaxı” ilə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, “Azərsun Arena”da keçirilən matçda tərəflər qol vurmağa müvəffəq ola bilməyiblər və oyun 0:0 hesabı ilə başa çatıb.
Qazanılmış 1 xaldan sonra “Qarabağ”ın xallarının sayı 17-yə çatıb və komanda turnir cədvəlində ikinci sırada yer alıb. 10 xalı olan “Şamaxı” isə hazırda 9-cu pillədə qərarlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz