
Misli Premyer Liqasının IX turu çərçivəsində keçirilən qarşılaşmada "Neftçi" səfərdə "Qəbələ" üzərində inamlı qələbə qazanıb.
Yeniavaz.com xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılan matçda paytaxt klubu rəqibini 2 cavabsız qolla məğlub edib.
Qarşılaşmada hesab 71-ci dəqiqədə İfeanyi Metyunun vurduğu qolla açılıb. Ardınca, 81-ci dəqiqədə “Neftçi”nin yeni transferi, Kamerun millisinin tanınmış hücumçusu Vensan Abubakar fərqlənərək komandasının üstünlüyünü möhkəmləndirib.
Bu qələbə "Neftçi"nin xal sayını 12-yə yüksəldib və komandanı turnir cədvəlində 8-ci pilləyə daşıyıb. "Qəbələ" isə 5 xalla 10-cu yerdə qərarlaşıb.
Turun digər oyunlarında isə “Turan Tovuz” “Karvan-Yevlax”a 2:1, “İmişli” “Kəpəz”ə 3:0, “Zirə” isə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sabah” arasında keçirilən qarşılaşma isə qolsuz bitməyib – 2:2.
Tətbiqimizi yükləyə bilərsiniz