
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın yüksək texnologiyalı mallar üzrə idxal və ixrac göstəriciləri arasında ciddi fərq qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 8 ay ərzində yüksək texnologiyalı məhsulların idxal dəyəri 918,9 milyon dollar, ixrac dəyəri isə cəmi 26,1 milyon dollar təşkil edib. Bu da o deməkdir ki, idxal ixracı təxminən 35 dəfə üstələyib.
İdxalın əsas hissəsini təşkil edən məhsullar sırasında smartfonlar liderlik edir. Bu dövrdə Azərbaycana 830 min ədəd smartfon idxal olunub, bunun dəyəri isə 261,6 milyon dollar təşkil edib. Bundan əlavə, portativ kompüterlər (notbuklar) üzrə idxal 137 min ədəd olub və 58 milyon dollar dəyərində məhsul ölkəyə gətirilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz