Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – Tam siyahı


Bu ilin ilk 3 rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən çox daşınmaz əmlak krediti verən bank dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) olub.
Yeniavaz.com
xəbər verir ki, 1 oktyabr 2025-ci il tarixinə ABB tərəfindən verilən daşınmaz əmlak kreditlərinin həcmi 1 milyard 527,6 milyon manat olub. ABB-nin daşınmaz əmlak kreditlərinin həcmi bu ilin 3-cü rübü ərzində 3,6% artıb.
İkinci sırada 597,6 milyon manat ilə “Kapital Bank” ASC yer alıb. “Kapital Bank”ın daşınmaz əmlak kreditləri son 3 ayda 0,8% azalıb.
Ən az daşınmaz əmlak krediti ayıran bank “AccessBank” olub. Bu bankın daşınmaz əmlak kreditlərinin həcmi cəmi 20,7 milyon manat təşkil edib. Lakin son 3 ayda daşınmaz əmlak kreditlərinin həcmini ən çox artıran bank da məhz “AccessBank” olub – bu bankda daşınmaz əmlak kreditləri 3-cü rüb ərzində 13,8% artıb.
Daşınmaz əmlak kreditləri ən çox azalan bank isə “Kapital Bank” olub.
Aşağıdakı cədvəldə bankların daşınmaz əmlak kreditlərinin həcmi və artım dinamikası göstərilib:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top