
Terapevt Debora Li ilk fincan qəhvəni oyandıqdan 45 dəqiqə sonra içməyi tövsiyə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o “Daily Mail”ə danışıb.
Həkim yuxudan durandan dərhal sonra bir fincan kofe içməyin sağlamlığa zərər verməyəcəyini, ancaq gümrahlandırıcı təsir də verməyəcəyini vurğulayıb. O izah edib ki, kortizol səviyyələri səhər saatlarında zirvəyə çatır ki, bu da “vur və ya qaç” reaksiyasını işə salır və müəyyən hərəkətləri tez yerinə yetirməyə imkan verir. Lakin bu zaman qəhvə içmək, Linin fikrincə, əsəbiliyə və həddindən artıq həyəcana səbəb ola bilər.
O, qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan 30-45 dəqiqə sonra baş verən kortizol səviyyəsinin aşağı düşməyə başladığı vaxt olduğunu müəyyən edib.
Bundan əlavə, həkim xəbərdarlıq edib ki, bir fincan qəhvə, xüsusən də yuxusuz bir gecədən sonra qan şəkərinin artmasına səbəb ola bilər. Bu da öz növbəsində enerji və əhval-ruhiyyənin daha da aşağı düşməsinə qətirib çıxardır.
Tətbiqimizi yükləyə bilərsiniz