“Microsoft” “Windows” üçün yeni “Başlat” menyusunu təqdim etdi


“Microsoft” “Windows 11” üçün yeni “Başlat” menyusunu və digər yeniləmələri elan edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Windows Insider” proqram bloqunda məlumat verilib.
Bildirilib ki, “Microsoft” mühəndisləri son bir neçə il ərzində “Başlat” menyusunu və onun xüsusiyyətlərini bir neçə dəfə yenidən dizayn ediblər. Şirkət “Başlat” menyusunda əlavə təkmilləşdirmələri özündə cəmləşdirən “Windows 11” üçün 26100.7015 və 26200.7015 konstruksiyalarının artıq beta testçiləri üçün əlçatan olduğunu elan edib. Bu dəfə mühəndislər “Hamı” bölməsini ayrıca sahəyə deyil, əsas menyunun yerinə köçürüblər. Bu bölmədəki məzmun bütün quraşdırılmış proqramlara daxil olmaq üçün sürüşdürilə bilər.
Həmçinin, istifadəçinin rahatlığı üçün proqramları kateqoriyalar üzrə və ya əlifba sırası ilə göstərmək imkanı əlavə edilib. Bundan əlavə, “Başlat” menyusunun pəncərəsi həssas oldu, yəni avtomatik olaraq ekran ölçüsünə uyğunlaşır. “Microsoft” mühəndisləri həmçinin iOS və ya “Android”ə qoşulmuş smartfonla istifadə oluna bilən “Phone Link” panelini nümayiş etdiriblər.
Bloq digər kiçik dəyişiklikləri də vurğulayıb. Məsələn, “Windows” tapşırıqlar panelindəki batareya nişanı yenidən işlənib - batareyanın doldurulması müxtəlif rənglərdə göstəriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top