
Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyinə inanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Hazem Qassem teleqram kanalında məlumat yayıb.
“HƏMAS birinci mərhələni başa çatdırmaq üçün bütün şərtləri yerinə yetirib: o, canlı girovları azad edib və ölənlərin bir qisminin cəsədlərini təhvil verib. Hazırda qalan cəsədlərin götürülməsi və təhvil verilməsi üzərində işləyirik”, - o bildirib.
Hərəkatın sözçüsü əlavə edib ki, sövdələşmənin ikinci mərhələsinin həyata keçirilməsinə başlamaq üçün vasitəçilərlə əlavə danışıqlara ehtiyac olacaq, çünki sazişin ikinci mərhələsi birbaşa ətraflı müzakirə tələb edən məsələləri həll edir.
Tətbiqimizi yükləyə bilərsiniz