
ABŞ Prezidenti Donald Tramp yenidən ən yüksək vəzifəyə namizəd ola və üçüncü müddətə prezident seçilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika liderinin keçmiş baş siyasi strateqi və müşaviri Stiv Bennon “The Economist” jurnalına müsahibəsində bildirib.
“Tramp 2028-ci ildə növbəti seçkilərdə iştirak edəcək, o, üçüncü dəfə prezident olacaq, insanlar, sadəcə olaraq, bunu qəbul etməlidirlər”, - Bennon qeyd edib.
Jurnalistin 1951-ci ildən prezidenti iki müddətlə məhdudlaşdıran ABŞ Konstitusiyasına 22-ci Düzəlişlə bağlı açıqlamasına cavab olaraq isə Bennon yenidən seçilmək üçün müxtəlif alternativlərin olduğunu və bu istiqamətdə konkret addımların uyğun zamanda elan ediləcəyini vurğulayıb.
“Biz Trampın dövründə başladığımız işi sona çatdırmalıyıq. Tramp - hərəkətverici qüvvə deməkdir”, - o, əlavə edib.
Qeyd edək ki, 2025-ci ilin mayında Tramp “NBC News”a verdiyi müsahibədə üçüncü dəfə ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək niyyətində olmadığını açıqlayıb Buna baxmayaraq, ABŞ Prezidenti Ədliyyə Nazirliyinə onun 2028-ci il prezident seçkilərində potensial iştirakının qanuniliyini araşdırmağı tapşırıb.
Tətbiqimizi yükləyə bilərsiniz