“Dialoq həmişə müharibədən yaxşıdır” − Putin görüşün ləğvi barədə


“Son telefon danışığımızda həm görüşün özü, həm də onun yeri Amerika tərəfi tərəfindən təklif edilmişdi. Mən bununla razılaşdım, lakin dedim ki, təbii ki, belə görüşlərə yaxşı hazırlaşmaq lazımdır”​​​​​​​.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Donald Trampın ABŞ və Rusiya prezidentləri arasında Budapeşt görüşünün ləğvi ilə bağlı açıqlamasına cavab verərkən deyib.
Putin hesab edir ki, ABŞ prezidenti görüşü ləğv etməyib, sadəcə təxirə salıb:
“İndi görürəm ki, ABŞ prezidenti bu görüşü ləğv etmək və ya təxirə salmaq qərarına gəlib. Çox güman ki, təxirə salıb. Nə deyə bilərəm?” Dialoq həmişə hər hansı qarşıdurma, mübahisə və ya xüsusilə müharibədən yaxşıdır”.
Bundan başqa, jurnalistlərin suallarını cavablandıran Putin ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edib. O bildirib ki, məhdudiyyətlər ölkənin iqtisadi rifahına ciddi təsir göstərməyəcək. Putin sanksiyaların tətbiqini Rusiyaya təzyiq cəhdi kimi qiymətləndirib.
Xatırladaq ki, oktyabrın 23-də Tramp Putinlə Budapeştə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb:
“Mən sadəcə düşündüm ki, bu düzgün deyil. Mənə elə gəldi ki, olmalı olduğuna nail ola bilməyəcəyik. Ona görə də onu ləğv etdim. Amma biz bunu gələcəkdə edəcəyik”.
 

DİGƏR XƏBƏRLƏR

Top