Kiçik mühərrikli avtomobillər hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 484 ədəd mühərrik həcmi 1000 kub santimetrdən çox olmayan, yalnız qığılcımdan alışan porşenli daxili yanma mühərrikli minik avtomobilləri idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu avtomobillərin ümumi gömrük dəyəri 2 milyon 778,57 min dollar təşkil edib.
Qeyd edək ki, bir ədəd avtomobilin orta gömrük dəyəri 5,74 min dollar olub.
Məlumat üçün qeyd edək ki, bu avtomobillər əsasən Asiya ölkələrindən gətirilib. Bu ilin ilk 8 ayında Koreyadan 917,48 min dollar dəyərində mühərrik həcmi 1000 kub santimetrdən çox olmayan 165 ədəd avtomobil gətirilib. Çindənisə 747,69 min dollar dəyərində 211 ədəd avtomobil idxal edilib. 511,92 min dollar dəyərində olan 24 ədəd avtomobil isə Meksikadan gətirilib.
Ən az avtomobil idxalı Rumıniya və Niderlanddan olub – hər iki ölkədən cəmi 1 ədəd avtomobil gətirilib.
Koreya – 165 ədəd (bir ədədin orta gömrük dəyəri 5,56 min dollar);
Çin – 211 ədəd (3,54 min dollar);
Meksika – 24 ədəd (21,33 min dollar);
Hindistan – 25 ədəd (10,34 min dollar);
Fransa – 20 ədəd (7,23 min dollar);
ABŞ – 25 ədəd (3,97 min dollar);
Almaniya – 4 ədəd (8,43 min dollar);
Tailand – 5 ədəd (5,2 min dollar);
Yaponiya – 2 ədəd (7,25 min dollar);
Çexiya – 1 ədəd (10 min dollar);
Niderland – 1 ədəd (9 min dollar);
Rumıniya – 1 ədəd (6 min dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top