
BYD şirkəti “Yangwang U9 Xtreme” elektrik hiperkarı ilə yeni rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, hiperkar məşhur Nürburqrinq trasında 20,8 km-lik dövrəni 6 dəqiqə 59,157 saniyəyə qət edib.
İlk dəfədir ki, Nürburqrinq trasında bir elektrik avtomobili 20,8 km-lik dövrəni 7 dəqiqədən tez tamamlayıb.
Belə ki, əvvəlki rekordçu “Xiaomi SU7 Ultra” 20,8 km-lik trası 7 dəqiqə 4,957 saniyəyə qət edib.
Bununla da, BYD ən sürətli elektromobillər arasında “Xiaomi”ni geridə qoyub.
Çin hiperkarının sükanı arxasında yüksək təcrübəli alman pilot Morits Krans olub.
Qeyd edək ki, standart “Yangwang U9” hiperkarının qiyməti 252 000 dollardan başlayır. Ancaq “Yangwang U9 Xtreme” daha baha olacaq və bu avtomobildən cəmi 30 ədəd istehsal ediləcək.
Avtomobil 3 019 at gücünə malik dörd elektrik mühərriki ilə təchiz edilib və 100 km/saat sürəti cəmi 2.36 saniyəyə yığır.
Sistem 1200 voltluq platformadan işləyir, yüksək sürətlə ani reaksiya və sabit enerji paylanması təmin edir.

