Aİ baş qərargahının təmirinə 1,1 milyard avro xərcləyəcək


Avropa İttifaqı Aİ Şurasının mənzil-qərargahının yerləşdiyi binanın təmirinə ən azı 1,1 milyard avro xərcləməyi nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Euractiv” portalı daxili sənədlərə istinadla məlumat yayıb.
Məlumata görə, söhəbət Justus Lipsius binasından gedir. Bina Avropa Komissiyası ilə üzbəüz yerləşir.
Portal sənədə istinadla bildirir ki, bina artıq “ən pis enerji səmərəliliyi reytinqinə malik bina” kateqoriyasına daxil edilib.
Yenidənqurma işlərinin təhlükəsizlik baxımından da həyata keçirilməsi nəzərdə tutulur.
“Euractiv”in qeyd etdiyi kimi, Aİ Şurası Brüsselin Avropa Məhəlləsində üç bitişik binada yerləşir.
Justus Lipsiusun yenidən qurulmasının ümumi dəyəri 803 milyon avro olaraq qiymətləndirilir.
Şura layihə üçün kredit götürərsə, əlavə faiz xərcləri 300 milyon avrodan çox olacaq və bununla da, layihənin ümumi dəyəri 1,1 milyard avroya çatacaq.
İşlərin 2029-cu ildə başlanması, binanın 2036-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top