
“Trampın Budapeşt sammitini ləğv etməsi, ABŞ-nin yeni sanksiyalar tətbiq etməsi Rusiyaya qarşı müharibə atkıdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev rəsmi “Telegram” kanalında yazıb.
“Çoxsaylı şərhçilərdən hər hansı birinin hələ də hər hansı bir illüziyası varsa, buyurun. ABŞ bizim düşmənimizdir və onların çoxdanışan “sülhməramlısı” indi tam şəkildə Rusiyaya qarşı müharibə yoluna qədəm qoyub”, - sabiq prezident bildirib.
Onun sözlərinə görə, Trampa haqq qazandırmaq da artıq əsas fikri dəyişmir.
“Əlbəttə, indi deyəcəklər ki, o, başqa cür edə bilməzdi, o, konqresdə təzyiqlərə məruz qalırdı və s. Ancaq bu, əsas fikri dəyişmir: qəbul edilən qərarlar Rusiyaya qarşı müharibə aktıdır. İndi Tramp ağılını itirmiş Avropa ilə tam həmrəydir”, - o əlavə edib.
Medvedev Trampın bu adımının “müsbət cəhətlərindən” də danışıb: “Artıq lazımsız danışıqlar üçün vaxt itirmədən Ukraynanı müxtəlif silahlarla vurmaq olar. Və bununla qələbəyə məhz mümkün olan yerdə - masa arxasında deyil, döyüş meydanında nail olmaq olar. Üstəlik, mənasız sövdələşmələr bağlamaqla deyil, düşmənləri məhv etməklə”.